Gündəlik bezlər: üstünlükləri və çatışmazlıqları

Gündəlik bezlər: üstünlükləri və çatışmazlıqları

Gündəlik ifrazatlar bütün qadınlarda olur və əgər qaşınma və xoşagəlməz qoxu ilə müşayiət olunmursa, tamamilə normaldır. Onlar siklin gedişində intensivliyini və konsistensiyasını dəyişir və bu da normadır. Ancaq bəzi qadınlar hər halda alt paltarlarını bu ifrazatlardan qorumaq istəyirlər. Bu vəziyyətdə gündəlik bezlər köməyə gəlir.

Niyə gündəlik bezlər lazımdır?

Beləliklə, gündəlik bezlər bir neçə halda lazım ola bilər :

  • istənilən gün, əgər alt paltarında normal ifrazat izləri qalmasını istəmirsənsə (məqaləyə keçid );
  • aybaşının son günlərində, qanlı ifrazatlar adi gündüz və ya gecə bezləri geyinməyə ehtiyac olmayacaq qədər az olduğunda;
  • əgər aybaşın çox bol deyilsə, və tampon və ya qalın bez sənin üçün lazım deyilsə;
  • ovulyasiya zamanı, gündəlik ifrazatlar artdığında və daha qalın konsistensiya əldə etdiyində;
  • menstruasiyanın gözlənilən günlərində. Çox vaxt sikl 1-2 günlük fərqlərlə dəyişir və buna görə də aybaşının dəqiq gününü proqnozlaşdırmaq mümkün olmur. Beləliklə, gözlənilən menstruasiyanın ilk günündən başlayaraq gündəlik bez geyinmək lazımdır – əgər aybaşı adi vaxtdan bir qədər tez gələrsə, o sənin üçün əlavə sığorta olacaq;
  • tamponlara üstünlük verirsənsə, amma menstruasiya zamanı ifrazatlar intensivdirsə, gündəlik bezdən əlavə olaraq istifadə etmək olar;
  • uzun səfərdə, bir neçə gün ərzində alt paltarını dəyişmək imkanı olmadıqda – məsələn, qatarla və ya yürüşdə;
  • ginekoloji müalicə zamanı, əlavə ifrazatlar riski olduğu hallarda;
  • asqırma və ya öskürmə zamanı yüngül sidik qaçırma problemi varsa.

Gündəlik bezlər adi bezlərdən nə ilə fərqlənir?

Gündəlik və adi menstruasiya bezlərinin istifadə qaydaları eynidir. Hər iki tip bezdə yapışqan təbəqə, udma təbəqəsi və yumşaq xarici təbəqə var.

 

Lakin gündəlik bezlər adi bezlərdən fərqlənir. Belə ki, gündəlik bezlər:
  • əvvəlki bezlərdən xeyli kiçikdir, adətən uzunluq baxımından külotların ləçəklərini çox aşmır;
  • buna görə də daha az nəmi saxlaya bilir;
  • çox daha yüngül və incədir – bu, onların gündəlik geyinildikdə demək olar ki, hiss olunmaması üçün nəzərdə tutulub;
  • adi halda qanadlarla təchiz olunmur;
  • hərçənd ki, qatlar adi menstruasiya bezlərindəki kimidir, udma dolğusu daha azdır;
  • lazım olduqda istənilən gündə istifadə edilə bilər.

Gündəlik bezlər zərərlidirmi?

Bu, gündəlik bezləri daim istifadə etməyi düşünən bir çox qadının qarşısında duran bir sualdır – axı, fasiləsiz istifadə nəticəsində yaranan “istixana effekti”nin qadın cinsiyyət sisteminə zərər vurduğu fikri yayılmışdır.

Gündəlik bezlərin müntəzəm istifadəsinin təhlükəsizliyi ilə bağlı bir neçə dəfə tədqiqatlar aparılmışdır. Onlardan sonuncularından biri 2015-ci ildə keçirilmişdir. Nəticələr ümidvericidir: gündəlik bezlərin davamlı istifadəsi vajinanın mikroflorasına zərər vermir.

Lakin unutma ki, bu, fərdi bir məsələdir. Əgər sənə rahatdırsa, deməli, hər şey qaydasındadır.

Əgər anamnezdə kandidiyaz (maloçnitsa) və ya vajinanın digər iltihabları olubsa, adi günlərdə gündəlik bezlərdən istifadəni azaltmaq daha yaxşı olar – bu, əlavə mənfi faktor ola bilər.

Həmçinin, qaşınma və yanma halları yaranarsa, gündəlik bezləri geyinməyi dayandırmaq və ya marka dəyişdirmək lazımdır – bu, bezlərin tərkibindəki bəzi elementlərə fərdi reaksiya ola bilər.

Belə hallar baş verməməsi üçün gündəlik bezləri hər 4-8 saatdan bir dəyişmək lazımdır – adi bezlərdə olduğu kimi.

Gündəlik bezlərin üstünlükləri və çatışmazlıqları

Gündəlik bezlərin elə bir mənfi cəhəti yoxdur – bütün bu amillər daha çox istifadə nüansları kimi qiymətləndirilə bilər.

Bu nüanslar:

  • Tamponlardan fərqli olaraq, suda istifadə etmək olmaz;
  • Çoxlu ifrazatı udma qabiliyyətinə malik deyillər;
  • Qanadları olmadığı üçün çox uzun müddət istifadə edildikdə yerindən sürüşə bilər;
  • Tərkibində aqressiv ətirləndiricilər varsa, qaşınma və yanma kimi fərdi reaksiyalara səbəb ola bilər.

Əgər gündəlik bezlər təyinatı üzrə istifadə olunarsa, üstünlükləri aydın görünər. Gündəlik bezlərin üstünlükləri bunlardır:

  • Yüngül və nəfəs alan material;
  • Gündəlik əsasda rahatlıq və sakitlik;
  • Adi bezlərdən fərqli olaraq, gündəlik bezləri hətta stringlərlə də geyinmək olar – xüsusi formaya malik gündəlik bezlər var. Həmçinin, müxtəlif rənglərdə (məsələn, qara) gündəlik bezlər də mövcuddur – uyğun rəngli alt paltarının altında görünmürlər.

Nəticələr

Kotex markasının gündəlik bezləri qablaşdırmada bir, iki və ya üç damla ilə işarələnir. Onlar intensiv aybaşını udmaq üçün deyil, alt paltarını təmiz saxlamaq, təravət, rahatlıq və gigiyena təmin etmək üçün nəzərdə tutulub, ifrazatlar çox bol olmadıqda istifadə edilir. Söhbət hətta həmişə qandan getmir. Məsələn, gündəlik bezlər yüngül sidik qaçırma və ovulyasiya günlərində də yararlı ola bilər.

Gündəlik bezlər adi bezlərdən daha incə olmasına baxmayaraq, vaxtında dəyişdirilərsə və az miqdarda ifrazatlar üçün istifadə edilərsə, sızıntılardan effektiv şəkildə qoruyar.

EmptyView

Kotex® sizin üçün

Kotex brendinin Azərbaycanda rəsmi saytı - kotex.az - Pedlər

Pedlər

Unikal Fast Absorb emici mərkəzi və Kotex Ultra ultra nazik pedlərin "yumşaq tor" səthi sayəsində hətta bu günlərdə özünüzü rahat və 100% əmin hiss edəcəksiniz!

Kotex brendinin Azərbaycanda rəsmi saytı - kotex.az - Tamponlar

Tamponlar

Hər gün yeni bir addımdır! Bəlki də atlama və ya qaçış ola bilər?! Seçdiyiniz ritmdə hərəkət edin — arxaya baxmadan irəliyə və hər gün!

Kotex brendinin Azərbaycanda rəsmi saytı - kotex.az - Gündəliklər

Gündəliklər

Aktiv yaşayırsınız və hər şeyi etmək istəyirsiniz? Yeni pedlər, tamponlar və gündəlik Kotex® sizin üçündür! Onlar sizin həyat tərzinizi nəzərə alaraq hazırlanmışdır! Bunlardan yalnız Kotex® var! İstədiyiniz kimi hərəkət edin!